isveç. ombudsman – kiminsə mənafeyini təmsil edən
İnsan hüquqlarının qorunması və vətəndaşların şikayətlərinə baxılması üçün xüsusi olaraq parlamentdə seçilmiş və ya dövlət başçısı tərəfindən təyin edilmiş vəzifəli şəxs, müvəkkil.
O.-ın statusu konstitusiya və digər hüquqi aktlarla müəyyən olunur. O, hökumət təsisatları, nazirlik və idarələrinin fəaliyyətinə nəzarəti həyata keçirsə də, onların qərarlarını dəyişmək səlahiyyətinə malik deyil. Bu vəzifə ilk dəfə 1809-cu ildə İsveçdə təsis edilib. Bəzi ölkələrdə bir neçə O. fəaliyyət göstərir. Onların hər biri müəyyən sahəyə nəzarətlə məşğul olur; məs.: İsveçdə mülki, hərbi, istehlakçıların hüquqları üzrə O.-lar var. Azərbaycan Respublikasında 2001-ci il dekabrın 28-də “İnsan hüquqları üzrə müvəkkil haqqında” Konstitusiya Qanunu qəbul edilib və bundan sonra O. institutu yaradılıb.
Tarix terminləri lüğəti