Rus ədəbiyyatında ilk dəfə A.S.Puşkinin “Yevgeni Onegin” mәnzum romanında yaratdığı şeir forması; ondördlük.
“Onegin strofası” adı ilə də tanınır. 14 misradan ibarәt olan hər bəndin qafiyә quruluşu belədir: a.b, a.b, c.c, d.d, e.f.f, g.h.h. Bәndlərin bu cür quruluşu əsəri poetik forma baxımından kamil və ahәngdar edir. “Yevgeni Onegin” əsərini Azərbaycan dilinə tərcümə etmiş S.Vurğun bu poetik formanı qoruyub saxlamağa müvəffəq olub. O.B.-nə sonralar M.Y.Lermontovun yaradıcılığında – “Tambov xəzinədar xanımı” poemasında da təsadüf edilir:
Məni köhnəpərəst saysalar belə,
Qoy olsun, vecimə deyil bu əsla.
Yazıram “Onegin” ölçüsü ilə,
Ötürəm, a dostlar, əski avazla.
Buyurun, dinləyin hekayətimi,
Onun gözlənilməz nəhayətini.
Bəlkə, deyirəm ki, bəyənərsiniz,
Həm də yüngülcə baş əyərsiniz.
Bizə baş ağrısı verəndən sonra
Köhnə ənənəyə sadiq qalaraq
Mübarək sözünü üstündən vuraq.
Axsaq misraların yıxıla-dura
Üz tutsun rəhmətə gedənlərinə,
Axirət çayında itənlərinə.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti