“Kəsmək”, “biçmək” anlamlarını əks etdirən ormaq feilimiz olub. Daramaq sözündən daraq yarandığı kimi, eyni qəlib üzrə ormaq feilindən də oraq ismi əmələ gəlib. Çin sözü də var və oraqdan fərqli olaraq, xırda dişlərə malikdir. Bu, alınma sözdür, Çin ölkəsinin adı ilə bağlıdır (müq. et: çini qab). Oraq sözünün orğaq variantı da var, deməli, indiki -aq şəkilçisi -ğaq şəkilçisindən törəmədir. (Or sözünün başqa mənaları da var, məsələn, bir mənası kəhər sözünün sinonimidir) (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti