Reklam
Reklam

Etimologiya lüğəti

ortaq

Mənbələrdə otra, ortu, orta sözləri var, “середина” anlamlarında işlədilib. Ortuq, ortaq isə şərik mənasında açıqlanıb. Oturaqı, ortun sözləri “средний” mə­na­sında şərh edilib. Ada yerinə otruğ (ortada qalan) işlədilib. Bunların struktur təh­lili göstərir ki, sözün kökü ort (otr) kəlməsidir, mənası “yarı” deməkdir (mü­qa­yisə et: günorta); -a şəkilçisi ort sözündən feil düzəldib (sonra söz bu əlamətini itirib), -q isə onu ismə çevirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti