Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

örtük [örtüx'] isim

1. Hər hansı bir şeyin üzərinə çəkilən, salınan parça; çexol. □ ..kamançanı götürür əlinə, başlayır örtüyünü açmağa. (C.Məmmədquluzadə).
2. Süfrə. □ ..Zəhra xala stol qoyub, üstünə qırmızı örtük salmışdı. (Mir Cəlal).
3. Yorğan, balış və s. üstünə salınan parça. □ ..Sərvnaz öz otağında ipək yorğanına örtük tikirmiş. (Ə.Vəliyev).
4. Başa örtülən hər hansı bir şey. □ ..Sənə hökm edirəm, kənar et örtüyü! (C.Cabbarlı).
5. Bir şeyi üstdən, üzdən örtən şey. □ Bitki örtüyü. Torpaq örtüyü.

See also:

coğrafiya: bitki örtüyü coğrafiya: coğrafi örtük coğrafiya: coğrafi örtüyün diferensiasiyası coğrafiya: qar örtüyü coğrafiya: tektonik örtük Azərbaycan dilinin izahlı lüğəti