►Qısqanclığın yüksək dərəcəsini göstərmək üçün işlədilən ifadə.
İfadə ingilis dramaturqu Şekspirin məşhur «Otello» adlı faciəsinin əsas qəhrəmanının adı ilə bağlıdır.
Gənc və gözəl arvadı Dezdemona haqqında yayılan şayiələrə inanaraq qısqanc Otello onu öz əlləriylə boğub öldürür. Lakin hadisələr öz məcrası ilə cərəyan etdikcə əsl həqiqət üzə çıxır. Buna görə də törətdiyi bu cinayətin son dərəcə ağır və arvadının tamamilə günahsız olduğunu yəqin edən Otello özünü də öldürür.
Əsrlər keçdikcə Şekspir qəhrəmanının adı həddindən artıq qısqanc kişilərin rəmzinə çevrilmişdir. Əsassız olaraq ifrat dərəcədə qısqanclıq göstərən kişilər haqqında «Otello kimi qısqancdır» deyirlər.
Məsəllər, deyimlər