fars. ov – su mənasını verən ab sözünün təhrif olunmuş forması + fars. dan – yer bildirən şəkilçi
Bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda yağış, süxur və kəhriz sularını yığıb saxlamaq üçün xüsusi qurğu.
O. yeraltı və yerüstü hissələrdən ibarət olur. Yerüstü hissə (giriş), bir qayda olaraq, yaraşıqlı baştağ şəklində inşa edilir. Həmin girişdən üstü tağ formasında örtülmüş pillələrlə müəyyən dərinlikdə yerləşən hovuza enirlər.
Tarix terminləri lüğəti