1. Gülməli oyunlar çıxarıb başqalarını güldürən adam; hoqqabaz, oyun çıxaran, masqaraçı. □ Adamlar özlərinə məzəli təlxək, oyunbaz, ya dəli düzəldib əylənir, meydançanı, bazarı yeni gülüşmə götürürdü. (S.Rəhimov).
2. Keçmişdə ruhanilərin və mürtəcelərin artistlərə verdikləri təhqirli ad. □ ...yasxanalara buraxmırlar ki, oğlun oyunbazdır, arvad tumanı geyir. (C.Cabbarlı).
3. Məcazi mənada: fırıldaqçı, hiyləbaz, kələkbaz. □ Nədən ötrü məni axtarırsan, ay hiyləbaz, kəndirbaz, oyunbaz, kəkilbaz? (N.Vəzirov).