►Son dәrәcә qorxaq, vasvası, ürkək olmaq, hər şeydən şübhələnmək, tez vahimələnmək, hədsiz ehtiyatlı olmaq, suyu üfürə-üfürə içmək.
İfadә Yunanıstanda antik Olimpiya oyunları zamanı döyüş arabaları qoşulmuş atların cıdırda tez-tez ürkməsi ilə bağlı meydana gәlmişdir.
Yarışlar zamanı döyüş arabaları qoşulmuş atlar cıdırda sürәtlә qaçarkən meydanda «taraksip» adlanan sütunlara çatanda qəflətən diksinib şahә qalxır və bir-biri ilә toqquşurdular. Bәzәn dә bu sütunlara çatıb dönmәk lazım gәlirdi ki, bu zaman atın özü öz kölgәsindən qorxub şahә qalxırdı.
İfadә qәdim yunan vә Roma yazıçılarının (Aristofan, Platon, Siseron vә b.) әsәrlәrindә işlәdilmişdir. Müasir Azərbaycan ədəbiyyatında, xüsusən publisistikada da bu ifadə gen-bol işlədilir.
Məsəllər, deyimlər