Reklam
Reklam

Məsəllər, deyimlər

ÖZ VƏTƏNİNDƏ PEYĞƏMBƏR OLMAMAQ

►Yad adamlara, yaxud əcnəbilərə üstünlük verərək öz həmvətənlərini, yaxud yaxın tanışlarını lazımınca qiymətləndirməmək.

İfadə «İncil»də təsvir edilmiş əhvalatdan qaynaqlanaraq yayılmışdır.

Peyğəmbər – Allahın əmrlərinin Yer insanlarına çatdırıcısı, gələcəyi görən şəxsdir. «İncil»də olan bir rəvayətə görə, öz əməlləri və peyğəmbərliyi ilə məşhurlaşmış İsa Məsih doğma şəhəri olan Nazaretə geri qayıtdı, amma sakinlər ona müəyyən şübhə ilə yanaşdılar. Mütəəssir olmuş İsa dedi: «Peyğəmbərlər öz vətənləri və evlərindən başqa heç bir yerdə qərib olmurlar».

Bu gün də biz yad adamlara, yaxud əcnəbilərə üstünlük verərək öz yaxınlarının, yaxud həmvətənlərinin əməyini qəsdən qiymətləndirməyən insanlarla rastlaşırıq. Dilimizdəki «Ev buzovundan öküz olmaz» ifadəsi də bu mənanı dolğun ifadə edir.

Məsəllər, deyimlər