Reklam
Reklam

Məsəllər, deyimlər

ÖZ XAÇINI DAŞIMAQ

►Əzab çəkmək, məsləkinə sadiq qalaraq ağrı-acılara, verilən zülmlərə səbir və dözümlə yanaşmaq.

İfadə xristian peyğəmbəri İsa Məsih haqqında «İncil» əfsanələrindən yaranmışdır.

Ölüm cəzasına məhkum edilən İsa peyğəmbər edam yerinə çarmıxa çəkilmək üçün xaçı özü gətirmişdi: «Xaçı daşıyarkən o, yəhudi dilində Qolqof adlanan Lobnoya gəlib çıxdı». Xaç xristian dininin rəmzi oldu.

Bundan sonra İsa peyğəmbərin bütün tərəfdarları boyunlarında kiçik xaç daşımağa başladılar. Bu onların İsa Məsihin ideyaları ilə razılaşmaları və onun əzablarına təəssüfləndiklərinə işarədir. İsa peyğəmbərin dilindən belə bir ifadə də yayılmışdır: «Xaç daşımayıb arxamca gələn mənim şagirdim ola bilməz».

Zaman keçdikcə «öz xaçını daşımaq» ifadəsi dini çalardan uzaqlaşaraq daha geniş məna daşımağa başladı.

Məsəllər, deyimlər