Vətəndaşların və (və ya) qeyri-dövlət müəssisələrinin təsis etdikləri çap kütləvi informasiya vasitələri.
Azərbaycanda Ö.N. ölkə ərazisində daimi yaşayan vətəndaşlar və (və ya) yerli hüquqi şəxslər tərəfindən yaradıla bilər. Xarici ölkələrin hüquqi və fiziki şəxslərinin Azərbaycanda Ö.N. təsis etməsi isə dövlətlərarası müqavilələrlə tənzimlənir. Qanuna görə, «xarici dövlətin hüquqi şəxsi» dedikdə nizamnamə kapitalının (səhmlərinin) 30 faizindən, yaxud təsisçilərinin 1/3 hissəsindən çoxu xarici dövlətlərin hüquqi şəxslərinə və vətəndaşlarına məxsus olan təşkilatlar, müəssisələr başa düşülür.
See also:
Jurnalistika terminləri lüğəti