Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

özgə [özgə] sifət

1. Başqa, digər. □ Vətən mülkü doğmadır, özgə diyar – ögey. (Atalar sözü).
2. Aid olduğu sözə xüsusi emosionallıq verir. □ İlin hər fəslinin bir hüsnü var, amma qışın ləzzəti bir özgədir. (C.Məmmədquluzadə).
3. Həmin cəmiyyətə, kollektivə, ailəyə mənsub olmayan. □ Özgə uşaq.
4. İsim kimi: kənar, yabançı, yad, özgəsi. □ İçim özümü yandırır, çölüm özgələrini. (Atalar sözü).
5. Qoşma kimi: digər, başqa. □ Bahar fəsli el şad olur sərasər; Hərgiz məndən özgə yoxdur mükəddər. (Q.Zakir).

See also:

frazeologizm: adını özgədən soruşmaq frazeologizm: içim özümü yandırır, çölüm özgəni frazeologizm: meymun baxar güzgüyə, adını qoyar özgəyə frazeologizm: özgə çırağına yağ olmaq frazeologizm: özgə dəyirmanına su tökmək frazeologizm: özgə dona girmək frazeologizm: özgə xəyala düşmək frazeologizm: özgə qoltuğunda yaşamaq frazeologizm: özgə malına göz dikmək frazeologizm: özgə ocağına isinmək frazeologizm: özgə yumurtası ilə qaqqıldamaq frazeologizm: özgəsinə quyu qazmaq frazeologizm: özgəsinin toyuğuna “kiş” deməmək frazeologizm: özünü özgədən xəbər almaq Azərbaycan dilinin izahlı lüğəti