Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

özünüsenzura

lat. censor < censere – qiymətləndirmək, nəzərdən keçirmək

Müəllifin bu və ya digər səbəbdən icti­mailəşdirməkdən çəkindiyi faktı, fikri ­şü­urlu surətdə çıxışına, materialına daxil etməməsi, yaxud hər hansı hissəni əsərdən çıxarması.

Ö. redaktorun, jurnalistin, aparıcının və b.-nın kənardan açıq rəsmi nə­zarət olmadan, ictimai maraqları deyil, şəxsi və korporativ maraqları əsas tutaraq söylədiklərinə və yazdıqlarına məh­du­diy­yətlər qoymasıdır, buna görə ona «daxili senzura» da deyilir. Ö. müxtəlif səbəb­lərdən yarana bilər: məsələn, jurna­listin qeyri-qanuni cəza tədbirlərindən, işdən çı­xarılmaqdan ehtiyat etməsi, re­daksiyanın reklam sifarişçisini itirmək təhlükəsi, ha­kimiyyət orqanları ilə mü­na­sibətləri kor­lamaq istəməməsi və s.

See also:

Jurnalistika terminləri lüğəti