Reklam
Reklam

Tarix terminləri lüğəti

özünütəcrid siyasəti

Özlərini digər ölkələrin problemlərindən, ümumiyyətlə, dünya siyasətindən uzaq tutan dövlətlərin xarici siyasət kursu.

İqtisadiyyatda Ö.S. avtarkiyaya – digər dövlətlərlə mübadilənin minimuma endirilməsinə və qapalı təsərrüfat sisteminin yaradılmasına gətirib çıxarır. Çin, Koreya və Yaponiyanın XVII–XIX əsrlərdə yürütdükləri xarici siyasət bunun tipik nümunəsi sayıla bilər. 1641–1853-cü illərdə Yaponiya hökuməti “sakoku” adlandırılan xarici siyasət kursu seçmişdi və ölkəni əcnəbilər üçün tamamilə qapamışdı. Həmin dövrdə Koreya və Çin hökumətləri də mövcud qayda-qanunları və quruluşu konservasiya etmək məqsədilə eyni üsula əl atmışdı. Lakin Ö.S. onların iqtisadi və texnoloji cəhətdən Avropa ölkələrindən xeyli geri qalması ilə nəticələnmişdi. Amerika Birləşmiş Ştatları da XIX əsrin ortalarından II Dünya müharibəsinədək (1939–1945) olan dövrdə Ö.S. yeridib.

Tarix terminləri lüğəti