fars. pakiza sözü pak sözü ilə əlaqədar olub, dilimizə tərcümədə tərtəmiz mənasındadır.
Burada təmizlik mənəvi təmizlik, əxlaq təmizliyidir. Pakizə (bax: – PAK) qadın adı sözün məcazi mənaları ilə bağlı olub, çox gözəl, qəşəng, təmiz mənalarını ifadə edir. Fars antroponimikasında pak sözü ilə başlayan kifayət qədər kişi adları məlum olsa da, Pakizə qadın adına təsadüf edilməmişdir. Buradan çıxış edib əminliklə demək olar ki, qadınında hərtərəfli təmizlik görnək istəyən xalqımız sözün mənasına görə qız uşaqlarına bu adı qoymuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti