Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

palan1 [palan] isim fars

1. Minik üçün istifadə edilən heyvanların belinə qoyulan içi saman,ya küləşlə dolu primitiv yəhər. □ Eşşəyin palanı eşşəyə yük olmaz. (Atalar sözü).

2. Arxaizm. Hambalların dallarına qoyduqları xüsusi yastıq. □ Burda döngələrin yeri darısqal; Oturmuş palanın üstündə hambal. (S.Vurğun).

3. Məcazi mənada: qalın, ağır, kobud geyim haqqında. □ Bu palto deyil, palandır.

palan2 [palan] isim

Şəhərin bir neçə evdən ibarət hissəsi; məhəllə, küçə. □...odur bax, palanın tinində durubdur. (N.Vəzirov).

See also:

frazeologizm: belinə palan basmaq frazeologizm: eşşəyə gücü çatmır, palanı döyür frazeologizm: eşşəyi qoyub palanı toqqaşdamaq frazeologizm: köhnə palan içi sökmək (eşmək) Azərbaycan dilinin izahlı lüğəti