Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

pambıq sovkası

Pulcuqluqanadlılar dəstəsinə aid olan zərərverici həşərat növü.

Ön qanadları üzərində yumru böyrək və pazşəkilli naxışlar olur. Tırtıllarının rəngi müxtəlifdir. Kiçik yaşlarda pambığın qönçə və çiçəkləri, böyük yaşlarda qozaları ilə qidalanır. Pupu qışlayır. Pambığın ən qorxulu zərərvericisi hesab olunur.

Biologiya terminlərinin izahlı lüğəti