Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

pəlmə1

Ağcabədi, Cəbrayıl, Füzuli, Qarakilsə, Meğri, Ordubad, Şahbuz, Ucar, Tərtər, Zəngilan

Duman, çən. □ Havada pəlmə var (Tərtər); Pəlmədə adam adamı seçə bilmir (Ağcabədi); Böyün hava pəlmədi (Zəngilan); Pəlmədə yol getməy olar? (Ucar).

pəlmə2

Ağdam, Ağcabədi, Tərtər

Gözdə əmələ gələn tor. □ Gözümdə pəlmə var (Tərtər).

Azərbaycan dilinin dialektoloji lüğəti