Reklam
Reklam

Etimologiya lüğəti

pendir

Farscadır. Onu hazırlamaq üçün mayadan (quzunun və ya buzovun qursağı, bal, buğda, yumurta qarışdırılır, içində qaynamış su olan küpəyə salınır və bir həf­tə ocağın yanında saxlanılır) istifadə olunur. İlıdılmış südə maya qatırlar, 2 saat­­dan sonra dələmə alınır. Dələməni torbaya qoyub, daş altında süzməklə pen­dir alır­lar. Qədimdə türk dillərində pendirə qurud, şora isə ağrımşıq deyiblər. Sonra pendir üstünlük təşkil edib və qurud sözü mənasını dəyişməyə məcbur olub. Şor və ruslardakı сыр eyni sözdən törəyib, hər ikisi “duz” anlamı ilə bağlıdır, fars mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti