Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

PƏRİ

fars. pari sözündən olub, əsatirdə çox gözəl mifik qadındır.

Dini rəvayətlərdə deyilir ki, pərilər gözəl bir qadın surətində olan sehrbaz və cadugərlərdir. Sözün çox gözəl, məsum, xoşxasiyyət qadın, qız kimi məcazi mənaları da vardır. Pəri qadın adı sözün məcazi mənası ilə əlaqədar olub, çox gözəl, xasiyyəti mülayim mənasını ifadə edir. Azərbaycan antroponimikasında Pəri adı ilə yanaşı, tərkibində adın işləndiyi kifayət qədər mürəkkəb qadın adı da mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti