Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

personaj

fr. personnage < lat. persona – şəxsiyyət, şəxs

Hər hansı sənət əsərində cərəyan edən hadisələrin iştirakçısı.

Bu əsər roman, tamaşa, film, kompüter oyu­nu, komiks və s., P. isə uydurulmuş, yaxud həyatdan götürülmüş real obraz, insan, heyvan, mifik varlıq, hətta müəllifin can­landırdığı əşya da ola bilər. Faktik cə­hət­dən əsərin bütün iştirakçıları – P.-lardır. Lakin bəzi hallarda onun əsas qəhrəmanları fərqləndirilir və P. dedikdə yalnız ikinci­dərəcəli iştirakçılar nəzərdə tutulur.

Jurnalistika terminləri lüğəti