Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

perspektiv [perspek'tiv] isim fransız

1. Rəssamlıq. Əşyanın, müşahidə nöqtəsindən uzaqlığından asılı olaraq, gözlə qavranılan cəhətlərinə uyğun şəkildə müstəvi üzərində təsviri. □ Şəkildə perspektiv yaxşı verilmişdir.

2. Uzaq bir müşahidə nöqtəsindən görünən mənzərə, təbiət mənzərəsi.

3. Məcazi mənada: gələcək plan; nəzərdə tutulan, təxmin edilən, gözlənilən şey, gələcək imkanlar; gələcək. □ Onun yaxşı perspektivi var.

4. Sifət kimi: gələcək plan; nəzərdə tutulan, təxmin edilən, gözlənilən şey, gələcək imkanlar; gələcək. □ Perspektiv plan.

Azərbaycan dilinin izahlı lüğəti