Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

peykan fars

Oxun ucundakı sivri dəmir. (“Koroğlu” dastanının lüğəti)

Yol yörürkən irast gəldim davada,

Güllə dəyər, nişan qalar arada,

Qanım qiymətinə olsa irada,

Çərkəs peykan, xədəng oxun günüdür.

                                                      (“El şairləri”)

*

Ox atılur sağı-soldan,

Qatı yay güc istər qoldan,

Peykan ora dəyən yerdən.

Qan damar, zərnigar olur.

                (Paris nüsxəsi, 9-cu məclis)

*

Koroğluyam, sözüm çoxdu,

Sözlərim peykanlı oxdu,

Hansı igidin sonu yoxdu,

Ocaq sönər, daş inildər.

                (“Eyvazın Çənlibelə gətirilməyi”)

Azərbaycan dastanlarının leksikası