Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

piltə [piltə] isim

1. Bəzi işıqlandırıcı və qızdırıcı cihazlarda (pilətə, lampa, şam və s.) yanan lent, ip, qaytan. □ Lampaya piltə salmaq. Şamın piltəsini düzəltmək.

2. Partlayış işləri apararkən alışqanı alışdırmaq və müəyyən məsafəyə ötürmək üçün qaytan; fitil. □ Dinamitin piltəsini ki gördün? (C.Cabbarlı).

3. Tibb. Qanaxmanı dayandırmaq və ya çirki sorub çəkmək üçün yaranın içinə, yaxud boşluğa qoyulan mikrobsuzlaşdırılmış tənzif (cuna) parçası; tampon. □ Cərrah Səfərin yarasının piltəsini yenicə dəyişmişdi. (Y.V.Çəmənzəminli).

Azərbaycan dilinin izahlı lüğəti