Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

pir1 [pir] isim fars

1. Qoca, çox yaşlı kişi, ixtiyar. □ Pirə ata dedim, cavana qardaş; Ana, bacı bildim qızı, gəlini. (Aşıq Ələsgər).

2. Nitq etiketi. Qoca adama müraciət. □ Ey pir, daha səbrim tükənmiş. (S.S.Axundov).

3. Bir təriqət banisi və ya başçısı.

4. Məcazi mənada: ustad, başçı, müəllim. □ Qıraram dəstəni, vurram nəfəri; Ərənlərin piri yanımda gərək ! (“Koroğlu”).

pir 2 [pir] isim

İlahiyyat. Ocaq, müqəddəs yer, ziyarətgah. □ Bakının ətrafındakı kəndlərin bir qismində bir çox pirlər, ocaqlar, ziyarətgahlar vardı. (H.Sarabski).

See also:

frazeologizm: pir mənimdir, kəramətinə bələdəm Azərbaycan dilinin izahlı lüğəti