lat. pluralis – çoxluq
Fikir müxtəlifliyi, hər hansı problemə (ictimai-siyasi, sosial və s.) yanaşmada fərqli baxışların olması.
P. ideyası Avropada XVI–XVII əsrlərdə dinə müxtəlif baxışların yaranması nəticəsində tolerantlığın tədricən qəbul edilməsi ilə bağlı meydana gəlib. P. cəmiyyətdə ideya müxtəlifliyini sosial-mədəni inkişafın əsası kimi qiymətləndirən dəyərdir. Məsələn, İntibahdan əvvəl bədii yaradıcılıq dünyagörüşündə mərkəzdə tanrı dayanırdı. İntibah tanrının yerinə insanı qoymuşdu. Postmodern dünyada isə nə tanrı, nə də insan mərkəzdədir, mərkəz bir dənə deyil, çoxdur. Postmodern əsərlərdə bir-birinə zidd fikirlər yanaşı dura bilir. Kütləvi sənətə aid olan elementlərin postmodern əsərlərdə yer alması da P.-dir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti