Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

poetizm

yun. poietike – şeir sənəti

1. XX əsrin birinci yarısında Çexoslovakiyada yaranmış ədəbi istiqamət.

Əsas yaradıcılarından biri Karel Teyqe sayılır. P. fəlsəfəsinə görə, həyatın özünü poeziya kimi qəbul etmək lazımdır. I Dünya müharibəsindən sonra meydana gəlmiş bu cərəyan ədəbiyyatda müasirliyi, nikbinliyi, ictimai tərəqqini təbliğ edirdi.

2. Nitqdə bədiilik, obrazlılıq yaradan söz və ya ifadə.

Ədəbiyyat nəzəriyyəsində bədii ifadə vasitələrinin ümumi adı, məcazlar, üslubi fiqurlar, obrazlar sistemi kimi başa düşülür.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti