Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

polinukleotidlər

Canlı təbiətdə geniş yayılmış bioloji aktiv biopolimerlər.

P. əsasən 2 tipə ayrılır: dezoksiribonuklein turşusu (DNT) və ribonuklein turşusu (RNT). Tərkibi karbohidratdan purin və pirimidin əsaslarından ibarət olur. Bioloji əhəmiyyəti genetik kodu (irsi informasiyaları) saxlamaq və nəsildən nəslə ötürməkdir. İlk dəfə İsveçrə alimi İ.F.Mişer tərəfindən qızılbalığın hüceyrə nüvəsində kəşf edilmişdir. P.-ə verilən nuklein turşusu adı da buradan (lat. “nucleus” – nüvə) götürülmüşdür.

See also:

Biologiya terminlərinin izahlı lüğəti