Verilişlərində mətnlə görüntünün süni şəkildə, tam üst-üstə düşdüyü primitiv televiziya.
Əgər jurnalist «portağal» deyirsə, ekranda portağal göstərilir, o, «alma» deyən kimi ekrana alma görüntüsü gəlir. Televiziya mütəxəssisləri verilişlərdə mətnlə videosıra arasında müəyyən balansın saxlanmasını vacib sayırlar, lakin onların sadəcə ardıcıllıqla bir-birini təkrarlamasını qeyri-professionallıq kimi qiymətləndirirlər.
Jurnalistika terminləri lüğəti