Reklam
Reklam

Tarix terminləri lüğəti

proletariat

lat. proletariusproles – nəsil

1. Qədim Romada Servi Tullinin (e.ə. VI əsr) adına çıxılan islahata əsasən, əmlaka malik olmadığına görə Roma icmasının beş əsas sosial təbəqəsindən heç birinə aid edilməyən vətəndaşlar; əhalinin ən kasıb təbəqəsi.

Xalq qoşununa 1 senturiya verən P. komitsiyalarda da cəmi 1 səsə malik olub. Son respublika və imperiya dövründə dövlət vəsaiti və varlıların sədəqəsi hesabına yaşayan P. lümpen təbəqəyə çevrilib.

2. Kapitalizm cəmiyyətinin iki əsas sinfindən biri; müzdlu fəhlələr.

See also:

Tarix terminləri lüğəti