Reklam
Reklam

Tarix terminləri lüğəti

prometeyçilər

Bolşevik rejiminə qarşı mübarizə məqsədilə Qafqaz mühacirlərinin yaratdıqları “Prometey” təşkilatının üzvləri.

P.-in əsas məqsədi Qafqaz respublikalarının dövlət müstəqilliyinin bərpasından ibarət olub. 1926–1939-cu illərdə fəaliyyət göstərmiş bu qurumda Azərbaycan mühacirləri də fəal rol oynayıblar. M.Ə.Rəsulzadə P.-in liderlərindən biri idi. Polşanın dəstəyi ilə təsis edilən və onun tərəfindən maliyyələşdirilən “Prometey” XX əsrin 20–30-cu illərində bolşevizmə qarşı mübarizədə mühacirətin aparıcı təşkilatı olub.

Tarix terminləri lüğəti