fr. protectionnisme < lat. protectio – müdafiə, himayə
Daxili bazarı müdafiə etmək məqsədilə idxalın məhdudlaşdırılmasına yönəlmiş dövlət siyasəti.
Dövlət xaricdən gətirilən mallara müxtəlif üsullarla birbaşa və dolayı məhdudiyyətlər tətbiq etməklə (məs.: idxal mallarına yüksək gömrük rüsumu qoymaqla) buna nail olur.
Tarix terminləri lüğəti