lat. Pruzzi
Baltik dənizinin cənub sahilində, Visla və Neman çaylarının aşağı axarları arasında yaşamış tayfalar qrupu.
Maddi mədəniyyət və dil baxımından P. letto-litvalılara yaxın olublar. P. haqqında məlumatlara tarixi qaynaqlarda IX əsrdən başlayaraq rast gəlinir. IX–XIII əsrlərdə onlar qonşu ölkələrlə fəal ticarət əlaqələri saxlayıblar. 1283-cü ildə P.-ın torpaqları Tevton ordeni tərəfindən zəbt olunub. Bundan sonra bu tayfalar qrupunun almanlaşması prosesi başlayıb. P.-ın dili XVII əsrdə ölü dilə çevrilib. Müasir Prussiyanın adı P.-dan götürülüb. “Pruss” termininin etimologiyası dəqiq müəyyənləşməyib. Bəzi tədqiqatçılar həmin terminin qotların dilində “at” mənasını verən “prus” sözündən yarandığını göstərirlər. Onların fikrincə, P. at ətindən və südündən geniş istifadə etdikləri üçün belə adlandırılıblar.
Tarix terminləri lüğəti