Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

psixoloji portret

Obrazın xarici görkəmi ilə daxili aləminin vəhdətdə təsviri.

P.P. qəhrəmanın ruhi durumunu əks etdirir, oxucunun diqqətini insanın xarici görünüşünün elə detallarına yönəldir ki, onlar qəhrəmanın fikirləri, hiss və həyəcanları haqqında informasiya daşıyır. P.P.-in iki növü var:

1) personajın xarici görünüşünün daxili aləminə uyğunluğunu nəzərə çarpdıran portret;

2) personajın xarici görünüşünün onun daxili aləmi ilə ziddiyyətini əks etdirən portret.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti