Gizli, xəlvət.
Pünhan danış, heç kəs səni duymasın,
Şirin cana heç özgələr qıymasın,
Öldürsə öldürsün, burda qoymasın,
Yalvar, yapış yara, dil sənə qurban!
(“Novruz”)
*
Qızılgülü dəstə-dəstə dərginən,
Dəribən də pünhanlara sərginən,
Hər nə versən, öz əlinlə verginən,
Yüz qadanı başdan sovar deyərlər.
(“Lətif şah”)
Azərbaycan dastanlarının leksikası