Reklam
Reklam

Məsəllər, deyimlər

QA DEYƏNDƏ QU DEMƏK

►Bütün istәklərini yerinə yetirmәk, əzizləmək, nazı ilə oynamaq, şıltaqlıqlarına dözmәk, ərköyün öyrətmək.

İfadə qədim Azәrbaycan xalq nağılı «Mәlik Məhəmmәd»dən qaynaqlanaraq yayılmışdır.

Məlik Mәhəmməd qardaşlarının xəyanəti nəticəsində qaranlıq dünyaya düşür. Zümrüd quşu onun köməyinə yetib işıqlı dünyaya çıxaracağına söz verir. Bu şәrtlә ki, Mәlik Məhəmmәd qırx şaqqa әt, qırx tuluq su hazır etsin.

Məlik Mәhəmməd deyilən azuqəni vaxtında hazırlayır. Sonra xilaskar Zümrüd quşunun belinə minib qaranlıq dünyadan uzaqlaşmağa başlayır. «Elə quş nə vaxt «qa» dedi, Məlik Mәhəmməd ətdən verdi, «qu» dedi – sudan verdı».

İfadə eyni mənanı saxlamaqla həm adi danışıqda, həm də bədii və publisistik yazılarda geniş işlədilir.

Məsəllər, deyimlər