türk. qacar sözü dilimizdə qaçan, qaçağan, yaxşı qaçan, qaçqın, qaçaq mənasındadır.
Qacar kişi adı türk tayfalarından birinin adındandır. Mənbələrdə qacarların xəzərlərlə (xəzər türk tayfaları ilə) eyni kökdən olması barədə məlumatlar da vardır. Qovanlı türk tayfasından olan qacarlar Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş türk tayfasından biri olmuşlar. Qacar adı bu gün təxəllüs kimi də işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti