Reklam
Reklam

Tarix terminləri lüğəti

qalera

it. galera < lat. galea – dəbilqə

Qədim yunanların, romalıların, karfagenlilərin istifadə etdikləri avarlı hərbi gəmi.

Həmin gəmilərin burun hissəsində, bir qayda olaraq, dəbilqə təsviri yerləşdirildiyi üçün onlar belə adlandırılıb. Heyət üzvlərinin ümumi sayı 450 nəfərə çatan Q.-lar orta əsrlərdə bir çox ölkələrin hərbi-dəniz donanmasının tərkibində olub, onlardan Aralıq dənizində geniş istifadə edilib. Bu gəmilərdə, adətən, oturacaqlara zəncirlənmiş cinayətkarlar və ya əsirlər avar çəkiblər. Q.-da avar çəkməyə məhkum olunmaq Fransada uzun müddət ən ağır katorqa cəzası sayılıb.

Tarix terminləri lüğəti