1. Quşlarda və cücülərdə uçmaq orqanı. □ Quş qanadı. Qanad açıb uçmaq. Göyərçinin qanadı.
2. Təyyarənin qalxma qüvvəsini yaradan, hər iki tərəfindəki yastı səthlərdən hər biri. □ Təyyarənin sol qanadı.
3. Yel dəyirmanının fırlanan pəri. □ Dəyirmanın qanadı küləyə doğrudur.
4. Balıqlarda: üzməyə məxsus üzvlər, pərək. □ Bəzi balıqların iki, bəzilərinin isə dörd qanadı olur.
5. Qapı və pəncərə kimi şeylərin açılıbörtülən və çox zaman cüt olan tağlarından, taylarından hər biri. □ Pəncərənin bir qanadı açılmır.
6. Bir şeyin iki tərəfindən hər biri. □ Qoşun sağ qanaddan hücuma keçdi.
7. Hər hansı bir təşkilatın, partiyanın ifrat qrupu. □ Partiyanın sol qanadı.
8. Uc, kənar, qıraq. Budaq. □ Həcər çaya düşərkən əl atıb bir ağacın qanadından yapışdı. (S.Rəhimov).
9. Cəbhənin, qoşunun, sıranın sol və ya sağ tərəfi; cinah.
10. Əsas şeydən ayrılmış qol. □ Bu geniş maşın yolundan isə bir qanad ayrılaraq, Ağbulağın ortasına gətirilmişdi. (S.Rəhimov).
See also: