Reklam
Reklam

Tarix terminləri lüğəti

qandizm

Hindistanda müstəqillik uğrunda mübarizə dövründə meydana gəlmiş, yaradıcısı M.Qandinin adını daşıyan sosial-siyasi və dini-fəlsəfi təlim.

Dinc yolla Hindistanın müstəqilliyinə nail olmaq və bu məqsədlə geniş xalq kütlələrini milli azadlıq mübarizəsinə cəlb etmək, habelə milli, dini, kasta və sosial mənsubiyyət fərqlərini nəzərə almadan bütün hindliləri həmin mücadilədə Hindistan Milli Konqres Partiyasının rəhbərliyi altında birləşdirmək Q.-in siyasi qayəsi sayılır. Patriarxal münasibətləri idealizə edən Q. kənd icmasının dirçəldilməsinə, kustar sənətkarlığın, xüsusilə əyiricilik və toxuculuğun inkişafının sürətləndirilməsinə çalışıb. Onun əsas fəaliyyət prinsipi qeyri-zorakılıq olub. M.Qandi tərəfindən hazırlanmış müstəqillik uğrunda qeyri-zorakı mübarizə taktikası satyaqraxa adlanıb. Həmin taktika özünü iki formada (müstəmləkəçilərlə əməkdaşlıqdan imtina və mülki itaətsizllik nümayiş etdirmə) büruzə verib.

Tarix terminləri lüğəti