isp. Tribunal de los Tumultos – hərfi mənası: qarışıqlıq, iğtişaş şurası
1567–1573-cü illərdə İspaniya Niderlandında fəaliyyət göstərmiş “İğtişaş işləri üzrə şura”nın (“Raad van beroerte”) holland tarixşünaslığında adı.
İspaniya kralı II Filippin əmri ilə onun canişini hersoq Alba tərəfindən yaradılmış bu şura Niderlanddakı burjua inqilabına qarşı mübarizə aləti kimi təsis olunub. Ondan həmçinin vətəndaş hüquqlarını və dini azadlıqları məhdudlaşdırmaq üçün də istifadə edilib. Məhz Niderland tarixində görünməmiş amansızlığına görə “İğtişaş işləri üzrə şura” az sonra Q.Ş. adlandırılıb. Qısa müddət ərzində Q.Ş. 9 minə yaxın insanı ölüm hökmünə məhkum edib. Lakin bütün bu repressiyalar Niderlandda milli-inqilabi hərəkatın qarşısını ala bilməyib.
Tarix terminləri lüğəti