1. Girib-çıxmaq üçün evin, yaxud barının və s. divarında açıq yer, deşik, habelə bu deşiyi qapamaq üçün taxtadan, dəmirdən və s.-dən düzəldilən qurğu. □ Divara qapı açmaq. Ev qapısı.
2. Məcazi mənada: ev. □ Heç kəs cürət edib bu qapıya gələ bilməz. (S.S.Axundov).
3. Evin, binanın qabağı, girəcəyi; həyət. □ Elə kəs var ki, tapılmaz qapısında bir inək. (S.Ə.Şirvani).
4. Bir şeyin ağzını, deşiyini, girəcəyini örtüb bağlamaq üçün dəmirdən, taxtadan, şüşədən və s. düzəldilmiş örtü. □ Şkafın qapıları. Buxarının qapısı.
5. Nərd oyununda: iki daşla tutulan xana.
See also: