Ehtimal ki, qarışmaq sözünün köküdür. Hind dilində sneq (ruslara da hind dilindən keçib) məhz “qarışıq yağan” deməkdir. Qat və qar eyni söz olub, indi qat həmin mənada təklikdə işlədilir, qar isə işlədilmir (qarışmaq sözündə qalır). Qar yağanda onun dənələri bir-birinə qarışır. Qar sözünün “ağ” mənası sonradan törəyib (saçları qar kimidir deyirik), onun rəngi ağ olmasa belə, yenə də qar adlanacaqdı. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti