Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

qara çalağan

Yırtıcı quş növü.

Uzunluğu təqribən 40-50 sm-dir. Qanad çalması 140-155 sm, qanadlarının uzunluğu 41-51 sm-dir. Çəkisi 800-1100 qramdır. Dişi Q.Ç.-lar erkəklərdən böyük olur. Bu quşlar Afrikada (böyük səhradan başqa), Madaqaskarda, Asiyanın Sakit və Cənub zolağında, bəzi adalarda, Filippində, Sulavesidə, Yeni Qvineyada və Şimali Avstraliyada yayılmışdır. Q.Ç. böyük həvəslə leş və tullantılara, həmçinin balıq, quş balaları, kiçik məməlilərlə, suda-quruda yaşayanlarla və həşəratlarla yemlənir.

Biologiya terminlərinin izahlı lüğəti