Reklam
Reklam

Tarix terminləri lüğəti

qara kotan

Cənubi Qafqazda, o cümlədən Azərbaycanda VIII–IX əsrlərdən istifadə olunan qədim şum aləti.

Xalq arasında ona «ağac kotan», «əyribazı kotanı», «kəl kotanı», «ata-baba kotanı» da deyiblər. Torpaq layını çevirmə qabiliyyətinə malik Q.K.-a yerli şəraitdən asılı olaraq 4, 6, 8, 10, bəzi hallarda 12 cüt öküz, yaxud kəl qoşulub. Bu kotanı işlətmək üçün, adətən, 6-7 nəfər tələb olunub. Azərbaycanda Q.K.-dan XX əsrin 40-cı illərinədək istifadə edilib.

Tarix terminləri lüğəti