Qoca qadın, qoca arvad. (“Koroğlu” dastanının lüğəti)
Qarı nədi, bu saat başı beş min sulu söyüş yağdıraram, mən qızdan da cavanam, gözələm.(Paris nüsxəsi, 4-cü məclis)
1. Qatı, qəddar.
2. Köhnə. (“Koroğlu” dastanının lüğəti)
Qarı düşmən, fənd-felini bilirəm,
Dəlilərim bu şəhərdə qalıbdı.
Saat yarım sizə möhlət verirəm,
Dəlilərim bu şəhərdə qalıbdı.
(“Qulun qaçmağı”)
*
– Qarı düşməndən dost olmaz, vurub onları darmadağın eləyin! (Paris nüsxəsi, 10-cu məclis)
Qolun dirsəkdən yuxarı hissəsi; bazu. (“Koroğlu” dastanının lüğəti)
Dəmirçioğlu qulun qollarının qarısını aldı əlinə, gözlərini də dikdi gözlərinə. (“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikası