Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qarşı [qarşı] qoşma

1. Bir şeylə üzbəüz olan yer və ya şey, müqabil tərəf; qabaq. □ Evin qarşısı. Dağın qarşısı.

2. Sifət kimi: müqabil, üzbəüz, bir şeyin müqabilində olan. □ Qarşı tərəf.
3. Zidd, müxalif, əleyhinə, ziddinə, əksinə. □ Öz dostuna qarşı ittihamkar mühakimələr yürüdürdü.. (İ.Əfəndiyev).
4. Haqqında, barəsində. □ ... ürəyin nənəsinə qarşı zərrə qədər də şübhə oyanmırdı. (M.Hüseyn).
5. Mübarizə etmək üçün, qabağını almaq üçün. □ Qripə qarşı dərman.
6. Bir hadisənin yaxınlaşmasını göstərir. □ Yaza qarşı.
7. Üzünə, üçün. □ Bəs oxu bu şeri yarə qarşı; Bülbül kimi gülüzarə qarşı. (Xətayi).

See also:

frazeologizm: axına qarşı üzmək (getmək) frazeologizm: fakt qarşısında qalmaq frazeologizm: qarşısını almaq (kəsmək) frazeologizm: qarşısını saxlamaq jurnalistika: dinləyici qarşısında məsuliyyət jurnalistika: oxucu qarşısında məsuliyyət coğrafiya: eroziyaya qarşı tədbirlər Azərbaycan dilinin izahlı lüğəti