Tabesiz mürəkkəb cümlələrdə iş və hadisələrin bir-biri ilə ziddiyyət təşkil etdiyi tərkib hissələri arasındakı məna əlaqəsi.
Qarşılaşdırma məna əlaqəsi intonasiya, qarşılaşdırma bağlayıcıları (amma, ancaq, lakin, fəqət, isə) və antonim sözlərin köməyi ilə əlaqələnir; məs.: Sənin atan ağıllı kişidir, sən ona oxşamamısan. Hamı irəliyə gedir, sən geriyə. O çox təmkinlidir, sən isə çılğınsan.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti