Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

QARTAL

azərb. qartal dağlıq, yaxud çöllük ərazilərdə yaşayan əyri dimdikli, yırtıcı və iri caynaqlı qara quşun adıdır.

Vüqarlı, cəsur, görkəmi göz oxşayan adam kimi məcazi mənaları da məlumdur. Məlum olduğu kimi, Azərbaycan şəxs adları sistemində quş adlarından formalaşmış kifayət qədər antroponim mövcuddur. Qartal da bu qəbildən olan kişi adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti